şənbə 21 mart 2026 - 23:50
Müvəffəqiyyət qapılarının İnqilabın Ali Məqamlı Rəhbəri şəhid Ayətullah Seyid Əli Xamenei üçün açılmasının sirri

Hövzə/ Qarşınızda təqdim olunan mətn, İnqilabın Ali Məqamlı Rəhbəri, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin indiyədək yeganə müsahibəsinin bəzi hissələridir. O, bütün bu illər ərzində mediada iştirakdan və hər hansı bir müsahibə verməkdən çəkinmişdir və yalnız Ayətullah Seyid Cavad Xameneinin (r) elm və mənəvi məqamının anım mərasiminin keçirilməsi, həmçinin mərhum Ayətullah Seyid Cavad Xameneinin haqqını ödəmək və onun şəxsiyyətini təqdir etmək məqsədilə baş tumuş tədbirdə istisna olaraq bu müsahibəni verməyə razılıq vermişdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, qarşınızda təqdim olunan mətn, İnqilabın Ali Məqamlı Rəhbəri, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) indiyədək yeganə müsahibəsinin bəzi hissələridir.

O, bütün bu illər ərzində mediada iştirakdan və hər hansı bir müsahibə verməkdən çəkinmişdir və yalnız Ayətullah Seyid Cavad Xameneinin (r) elmi və mənəvi məqamının anım mərasiminin keçirilməsi ərəfəsində baş verən bu istisna vəziyyətdə, həmçinin mərhum Ayətullah Seyid Cavad Xameneinin haqqını ödəmək və onun şəxsiyyətini təqdir etmək məqsədilə bu müsahibəni verməyə razılıq vermişdir.

Bu müsahibə 2021-ci ilin (1400) ortalarında aparılmış və bir neçə saat davam etmişdir. Müsahibə zamanı mərhum Ayətullah Seyid Cavad Xameneindən bəhs edilərkən, şəxsi xatirələr və  şəhid Ayətullah Seyid Əli Xameneinin bənzərsiz xüsusiyyətləri barədə də söhbət açılmışdır. Lakin İslam İnqilabının Ali Məqamlı Rəhbəri  Ayətullah Seyid Müctəba Hüseyni Xamenei cavab verərkən, müsahibənin əsas mövzusunun həmin saleh və təqvalı alimin həyatı olduğunu xatırladır, söhbətin istiqamətini əsas mövzuya qaytarır və bu baxımdan, müsahibə əsasında  şəhid Ayətullah Xameneinin şəxsi xüsusiyyətlərini ətraflı şərh etmək məqsədi güdülməmişdir.

Buna baxmayaraq, müsahibədə qeyd olunan fikirlər çox maraqlı və diqqətəlayiqdir. Bu səbəbdən, müsahibənin əsasən İnqilabın Ali  Məqamlı Rəhbəri şəhid Ayətullah Xamenei haqqında olan hissələrini KHAMENEI.IR saytının oxucuları üçün seçmişik. Müsahibənin tam mətni, Ayətullah Seyid Cavad Xameneinin (Allah onu rəhmət eləsin) anım mərasiminə həsr olunmuş “Səhifəyi Parsayi” adı ilə İslam İnqilabı nəşriyyatının xüsusi nəşri vasitəsilə yayımlanacaqdır.

Sual: Şəxsi xatirələrinizdə, əmi və qardaşlarınızın danışdıqlarında mərhum Ayətullah Seyid Cavad Xameneinin həzrət Seyid Əli Xamenei ilə xüsusi ünsiyyət və bağlılığı olduğu qeyd edilir. Siz də bu barədə hansısa bir xatirəni xatırlayırsınızmı?

Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei: Babam Seyid Cavad Xameneinin atam Seyid  Əli Xamenei ilə çox səmimi və dərin bir əlaqəsi var idi. Əlbəttə, atalar və övladlar arasında adətən yaxın emosional bağlılıq olur, lakin dediyiniz kimi, mərhum babam Seyid Cavad Xameneinin atamla münasibəti yalnız saf emosional bağlılıqla izah ediləcək səviyyədə deyildi. Görünür, bu münasibət daha yüksək və fərqli bir məqamda idi. Bunun əsas səbəbi, bəlkə də, atamın gördüyü işlər və, sadə dillə desək, mərhum Seyid  Cavad Xameneinin gözündə dəyər qazanmasıdır. Məsələn, atam çox kiçik yaşında ikən, iki yeykin insanı şagird olaraq tapır və onlara dərs verirdi. Bir gün, həmin şəxslərdən biri ata Seyid Əli Xamenei dəvət edir ki, bir qadınlar üçün təşkil olunmuş mərasimdə mövzu təqdim etsin. O zaman mərasimlərdə mövzu təqdim edən şəxs iştirak edir və sual-cavab üsulu ilə kitabdan mövzunu izah edirdi. Hələ o zamanlar, günümüzdəki kimi Təfsirül-Məsail (Məsələlərin təfsir və izahı) kitabları yayılmamışdı. Bu üsul, ilk olaraq Ayətullah Burucerdinin dövründə yaranmışdır. Mən də nənəmin kitabxanasından iki sual-cavab kitabı əldə etmişdim. Hər halda, atam bazar adamı idi və həmin kitabları əldə etmişdi. Həmin kitabların biri mərhum Ayətullah Seyid Abulhəsənə, digəri isə Ayətullah Şeyx Əbdülkərim Hairiyə aid idi. Mərhum Seyid  Cavad Xameneinin həmin sual-cavab kitablarından birini atamdan götürmüş, atam onu izah etmiş və nəticədə bu işi uğurla yerinə yetirmişdir. O zaman atam təxminən on iki- on üç yaşında idi. Bu təcrübələr də təbii olaraq mərhum Seyid Cavad Xameneinin yaddaşında dərin iz buraxmışdır.

Başqa bir nüans odur ki, həzrət Seyid Əli Xameneinin elmi istedadı o qədər kiçik yaşda da nəzərə çarpırdı. Təbii ki, atamın elmi qabiliyyətinin üzə çıxması mərhum Seyid Cavad Xameneinin həmin dövrdəki düşüncəsinə təsir etmişdir. mərhum Seyid Cavad Xamenei atama “Şərhül-Lumə” dərsi verərkən onun dərs zamanı hazırcevablığını görür və deyir ki, “Əli Ağa müctəhiddir.” Əlbəttə, bu yaşda belə ifadə, müctəhidliyi ənənəvi mənada təsdiq etmək məqsədini daşımırdı, çünki Həzrət Seyid Əli Xamenei illər boyu zəhmət çəkmiş,  bir çox böyük alimlərin dərslərinə qatılmışdır. Bu ifadə, əslində, mərhum Seyid Cavad Xameneinin atamın elmi vəziyyətinə olan təqdir və heyranlığını əks etdirirdi və məqsəd, bu istiqamətdə davam edilsə, təxminən qısa müddət ərzində ənənəvi müctəhidliyə çatmaq imkanının mövcudluğunu ifadə etmək idi.

Bundan əlavə, mərhum Seyid Cavad Xamenei atasına qarşı gözəl itaət və digər məsələlərdə də, məsələn, hərəmi ziyarət etmək kimi fəaliyyətlərdə ona dəstək göstərmişdir. Bəzən mərhum babam İmam Rzanın (ə) hərəmini ziyarət edərkən, atam da yeniyetmə yaşlarında onlara qoşulurdu. Yol boyunca bəzi şəxslər mərhum babama salam verib hal-əhval tutur, lakin Seyid Cavad Xamenei ağa həmin vaxt nafilə və ya zikr ilə məşğul olurdu və atam insanların salamına cavab verirdi. Mərhum babam nafilə və müstəhəb əməllərə çox ciddi riayət edirdi. Atam bildirirdi ki, Ziyarəti Camiəyi Kəbirəni mərhum atasıyla birlikdə o qədər çox oxuyub ki, özü də əzbər bilirdi.

Hər halda, atam üçün digər övladlarla müqayisədə atalarına xidmət etmək üçün yaxşı bir fürsət yaranırdı. Məsələn, mərhum Seyid Cavad Xamenei gündəlik olaraq evə gedir, atamla görüşür, onlara kitab oxuyur və müzakirələr aparırdı. Bütün bunlar tələbə mühiti sayəsində onlarda daha böyük ünsiyyət və anlaşma yaratmışdır. Yəni, emosional bağlılıqdan əlavə, təbii bir zəmin də mövcud idi.

Mərhum Rəhbər özü bizə bir xatirə danışırdı. Prezidentlik dövründəki vərdişlərinə görə, bir neçə gün ərzində müntəzəm olaraq valideynləri ilə telefonla əlaqə saxlayır, söhbət edir və hal-əhval tuturdu. Bir gün bir neçə dəqiqə danışdıqdan sonra, mərhum babam telefonu bağladığını zənn edərək, öz-özünə və ya sanki özü ilə danışırmış kimi, şirin türk ləhcəsi ilə deyir: “Qurban olum sənə, Əli”  atamda bunu eşidir.

Ümumilikdə, bu hallar, atayla övlad arasındakı münasibətdən kənar, əlavə təsirlər göstərmiş və onların emosional bağlılığına təsir etmişdir.

Ən mühüm hadisə isə mərhum babamın görmə qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Atam öz atasının yanında olmaq məqsədilə Qumda aldığı təhsilini tərk edib Məşhədə gəlmişdir. Bu da həzrət Ayətullah Xamenei ilə atası arasındakı emosional bağlılığa böyük təsir göstərmişdir. 196i-ci (1340 şəmsi) illərin əvvəllərində, babamız gözləri, şaquli və qara su xəstəliklərinə tutulmuşdu, bu təhlükəli idi və yanında kimsə olmalı, ona yardım etməli və qayğı göstərməli idi. O zaman Məhəmməd əmim yeni evlənmiş və öz həyatına başlamışdı. Xalam da yeniyetmə idi. Kiçik oğlanlar, olan Hadi əmim da hələ gənc yaşlarında idi. Buna görə, ilk növbədə bu vəzifəni yerinə yetirə biləcək şəxs atam Həzrət Ayətullah Seyid Əli Xamenei idi.

Lakin o zaman atam Qumda təhsil alırdı. O zamanlar atamın elm və hövzə baxımdan vəziyyəti çox yaxşı idi və öz dərslərinə çox ciddi yanaşırdı. Qumda olarkən atam, müxtəlif dərslərə, o cümlədən Ayətullah Burucerdi dərslərinə qatılırdı. Onun, dərslərdə hazırladığı qeydlər seçilmiş və təqdir olunmuşdur. Həmçinin mərhum İmam Xomeyninin, mərhum Damadın dərslərinə qatılaraq bu dərslə böyük maraq göstərirdi. İmam Xomeyninin dərsləri çoxlu tələbə olması ilə məşhur idi və həzrət Ayətullah Seyid Əli Xamenei bu dərslərə böyük maraq göstərirdi. Mərhum Damadın dərslərində isə o qədər də çox tələbə olmurdu, lakin dərin və əhatəli idi. Mərhum Ayətullah Mürtəza Hairiyin dərsləri isə çox az tələbənin iştiraki ilə baş tutarmış və hətta müəyyən dövrdə yalnız həzrət Ayətullah Xameneiə məxsus olub. Mərhum Hairi də atamı çox istəyirdi. Şeyx Mürtəza, atama olan marağından dolayı, qeydlərini ona verirdi ki, istifadə etsin.

Həzrət Ayətullah Seyid Əli Xamenei Məşhəd şəhərinə qayıtmağa qərar verəndə, bəzi müəllimlər, o cümlədən mərhum Hacı Mürtəza, onun getmək qərarından razı deyildilər. Lakin Qum şərinin bəzi alimləri onu tərifləyərək deyirdilər ki, “O, ya rəhbər, ya da Xorasanın rəhbəri olacaq” burada “rəhbər” ifadəsi Mərcəyi-təqlidə işarə olunur. Bu hallar Həzrət Ayətullah Seyid Əli Xameneinın Qumdakı elmi yüksəlişini göstərir. Ona görə, hansı yolu seçməli olduğuna qərarsız idi. Digər tərəfdən, atasının vəziyyəti onun üzərində məsuliyyət hissi yaratmışdı.

O dövrlərdə həzrət Ayətullah Seyid Əli Xamenei Tehrana gəlmiş və Şeyx Məhəmməd Təqinin oğlu və dostluq əlaqəsi olan mərhum həzrət Ayətullah Ziya Amulinin evinə baş çəkmişdir. Həzrət Ayətullah Seyid Əli Xamenei deyir: “Mən hər tərəfi öz nəzərimdən keçirdim və gördüm ki, həm dünyam, həm axirətim Qum şəhərində yerləşir, amma digər tərəfdən atamın vəziyyəti belədir.” Mərhum Ziya Amuli deyir: “Əgər Allah istəsə, həm dünya, həm axirətiniz Məşhəddə düzələr.” Həzrət Ayətullah Seyid Əli Xamenei deyir: “Bu söz deyildiyi an düşündüm, əla! Mən bunu özüm bilirdim, amma niyə diqqət etmirdim?” Beləliklə, atam o an Məşhədə qayıtmaq qərarını asanlıqla verdi. Maraqlıdır ki, bu qərardan sonra tədricən Həzrət Ayətullah Seyid Əli Xameneinin qarşısında dərs vermək, məscid və minbər fəaliyyətləri kimi digər sahələrdə də qapılar açılmağa başladı.

Bu hadisədən sonra Həzrət Ayətullah Seyid Əli Xameneinin Məşhəd məscidlərindəki təbliğ fəaliyyətləri artdı?

Bəli, məsələn, xatırladığım dövrdən etibarən, onun iki məsciddə fəaliyyəti var idi. Biri, Məşhəd şəhərində mərkəz rolunu oynayan Kərəmət məscidi, digəri isə sonradan genişlənən İmam Həsən məscidi idi. İmam Həsən məscidi, inqilabın əvvəlində mübarizlərin toplaşdığı əsas mərkəzlərdən biri olmuşdur. Burada hövzə və fəal universitet tələbələrinin mübarizə və müdafiə fəaliyyəti cəmləşirdi. Mənim hələ də xatirimdə qalan səhnələrdən biri bur ki: Həzrət Ayətullah Seyid Əli Xamenei danışarkən, çox sayda insan əlində məruzəni səsli şəkildə zəbt etmək üçün cihazlar qaldırırdı. Məruzədən sonra isə insanlar onun ətrafında toplaşır və ortam çox səs-küylü olurdu.

Yəni, Həzrət Ayətullah Seyid Əli Xameneinin atasına görə Məşhədə qayıtması birbaşa onun gələcək uğurlarına zəmin yaratdı.

Təbii ki, bu xidmət cavabsız qalmadı. Hər halda, həzrət Ayətullah Seyid Əli Xameneinin atasına göstərdiyi xidmətə hətta mərhum atası Seyid Cavad Xamenei də diqqət etmişdir, hətta diqqət etməsəydi belə təbii olaraq atamın bu hərəkəti onun həyatına təsir göstərirdi və göstərdi. Əlbəttə, bu xidmətin ataya və anaya faydası hər kəsdə fərqli ola bilər. Məsələn, Həsən əmim, digər övladlar Tehrana getməli olduğu halda, Məşhəd şəhərində babam və nənəmlə qalmışdır. Özü deyirdi ki, ataya və anaya xidmətin nəticəsi olaraq həyatım çox rahat və sakit keçmişdir.

İnqilabın Ali Məqamlı Rəhbərinin elmi əlaqələri mərhum Ayətullah Seyid Cavad Xameneı ilə necə olmuşdur? Zəhmət olmasa, atası ilə elmi ünsiyyətindən bir qədər danışın.

Əvvəlcə mərhum babam Seyid Məhəmməd əmimə xüsusi dərs keçirdi, atama isə daha aşağı səviyyəli dərs verirdi. Müəyyən müddətdən sonra, bu iki dərs birləşir və onlar birlikdə Lümə kitabının şərhini mərhum atasından öyrənirdilər. Atam bildirirdi ki, bir dövrdə mən Ayətullah Milaninin dərsindən qayıdırdım, mərhum atam isə İmam Rzanın (ə) hərəmindən namazdan dönürdü, yol üstündə qarşılaşırdıq. Mərhum Seyid Cavad Xamenei mənə soruşurdu ki, “Bu gün Ayətullah Milani dərsində nə dedi?” Mən dərsi qısaca izah edirdim, o isə tamamlayıcı və izahedici qeydlər əlavə edirdi. Əlbəttə, mərhum Seyid Cavad Xamenei bunu məqsədyönlü edirdi ki, atam həmin dərsdən dərhal sonra bir mütəxəssis ilə müzakirə aparsın və müəyyən məqamları ifadə etsin. Bu proses çox təsirli idi və yaddaşda möhkəm qalmış olurdu. Beləliklə, bu proqram bir müddət davam etmişdir.

Həzrət Ayətullah Seyid Əli Xamenei bəzən həmin yaşlarda atasının elmi müzakirələrinə qatılır və öz fikrini bildirirdi. Onun bu dərslərdə iştirakıyla bağlı xatirələri də vardır. Məsələn, bir dəfə atası ilə birlikdə Seyid Haşim ağanın evinə getmişdilər. Orada mərhum Seyid Haşim elmi bir mövzu irəli sürmüş, atam onunla müzakirə etmişdir. Evə dönərkən, mərhum babam atama deyir ki, “Niyə bu şəkildə davrandın və onunla müzakirə apardın?” Qeyd etmək lazımdır ki mərhum babam atamın sözünün məzmununa etiraz etməmiş, yalnız Seyid Haşim ağa ilə münasibətdə yanaşmanı tənqid etmişdir. Mən bir dəfə atamdan soruşdum ki, Seyid Haşim, Ayətullah Naininin tələbəsi olub, mərhum babam da onun tələbəsi idi siz elmi baxımdan bu iki nəfəri müqayisə etdinizmi?” Atam dedi ki, bəziləri düşünürdü ki, mərhum Seyid Cavad Xamenei elmi baxımdan Seyid Haşimdən yüksəkdir və onu üstün tuturdular. Əlbəttə, yaş baxımından, Seyid Haşim on il böyük idi və mərhum Ayətullah Həkim ilə eyni yaşda idi. Mərhum Ayətullah Vaizizadə deyirdi ki, o, Həkim ilə bir dövrdə Nəcəfdə də dərs aparmışdır.

Həzrət Ayətullah Seyid Əli Xamenei atasından danışarkən deyirdi ki, mərhum atam ömrünün sonuna qədər, xüsusilə fiqh elminə böyük maraq göstərmişdir. Babamın çox yaxşı əxlaqi xüsusiyyətlərindən biri də bu idi ki, məsələn, Kifayə dərsində, bəzən “burada səhv etdim” deyirdi. İnsanlar adətən bunu etmir. Məsələn, minbərdə səhv etdikdə, incə üsulla, insanlar səhvi düzəldirlər. Dərsdə və digər fəaliyyətlərdə isə səhvini qəbul etmək çətin olur. Yəni bunu etmək istəyənlər nüfuzunu itirə bilər, adətən etmirlər və bəzən öz səhvi üçün bəhanə də gətirirlər.

Mənim soruşmaq istədiyim sual daha çox xatirə deyildə analitik xarakter daşıyır. Sizin qeyd etdiyiniz mövzulara əsaslanaraq, Həzrət Ayətullah Seyid Əli Xamenei atasına hansı xüsusiyyətlərdə bənzəmişdir?

Bu sualın cavabı bir qədər çətindir. Ehtimal olunur ki, onun nafilə və digər ibadətlərə riayəti atasından qaynaqlanır.

 Əgər sualımı daha dəqiq ifadə etsəm, məqsədim “oxşarlıq”dır. Sizcə, bu iki böyük şəxsiyyət arasında hansı oxşarlıqlar mövcuddur?

Bəlkə də, onlardan biri,  Həzrət Ayətullah  Seyid Əli Xameneinin zahidliyi və təvazökarlığıdır. Burada izah etmək lazımdır ki, mərhum babam zahid və hətta kasıb bir şəxsiyyət idi. Lakin bu atamın yoxsulluqdan dolayı zahid bir şəxsiyyət olmuş anlamına gəlmir. Həzrət Ayətullah Seyid Əli Xameneinin zahidliyi də tamamilə seçilmiş bir zahidlikdir. O, rəsmi maaş almırlar, yəni heç bir əmək haqqı qəbul etmirlər. Məsələn, mən bir dəfə ehtiyatla bir məbləği öz adımadan ofisə vermək istədim. Ofisdən bir qardaş dedi ki, həzrət Ayətullah Seyid Əli Xamenei elə son vaxtlar şəxsi xərcləri üçün müəyyən məbləğ ayırıb. Yəni dövlət büdcəsindən heç bir şey götürmürlər və insanların öz xahişi ilə ona etdikləri nəzirlərdən istifadə edirdilər.

Nəzilər pullarından başqa, insanlar Ali Məqamlı Rəhbərə sevgi və ehtiramla gətirdikləri hədiyyələr də eyni qaydada idarə olunur. Məsələn, təxminən otuz il əvvəl, Yəmən qardaşları ona böyük bir lövhə içində Yəmənin əqiq daşlarını gətirmişdilər. Bununla yanaşı, qiymətli daşların olduğu bir neçə qutu da gətirilmişdi, zinyət daş-qaş satanlar hədiyyənin qiymətinin çox yüksək olduğunu söyləyirdilər. Lakin Həzrət Ayətullah Əli Xamenei bütün bu daşları başqalarına paylayaraq ehsan etdilər. Bir şəxs ona çox zərif və qiymətli bir əba gətirmişdi, atam onu satmaq üçün veridi və həmin pul ilə bir neçə əba alınıb müxtəlif şəxslərə hədiyyə edilməsini bildirdi. Maddi məsələlər həzrət Ayətullah Xamenei üçün heç bir önəm daşımır, eyni zamanda yüksək imkanlara sahib olmalarına baxmayaraq, müxtəlif maddi və şəri imkanlardan istifadə etmirdilər.

Atam adətən ona təqdim olunan qiymətli hədiyyələri müqəddəs Rəzəvi qəbiristanlıqa verirdi. Ona çoxlu əlyazma kitablar hədiyyə edilir və o, adətən onları həmin müqəddəs məkanlara təqdim edirdi. Məsələn, böyük və müasir bir xətt ustası ona  Şirazinin şərq xətti ilə yazdığı Hafz divanını göndərmişdi, çox gözəl idi. Mən onu birinə göstərmək istədim, lakin tapa bilmədim, sonradan məlum oldu ki, həzrət Ayətullah Seyid Əli Xamenei onu da digərlər qiymətli hədiyyələr kimi müqəddəs Rəzəvi qəbiristanlığa təqdim etmiş və özü istifadə etməmişdir. Ümumiyyətlə, bütün qiymətli və gözəl əşyaları atam ora verirlər.

Burada sizə bir xatirə danışım: uşaqlıqda mən “kasıb” sözünü sevmirdim. Mən uşaq idim və mənim təsəvvürümdə “kasıb” deyəndə küçədə oturub dilənçilik edən bir nəfər anlayışı vardı. O zaman hələ inqilab qələbə çalmamışdı və biz Məşhəddə, hazırda yaşadığımız evdə yaşayırdıq. Xatırlayıram ki, evin bir küncündə müəyyən ərzaq və bitki yağının paketləri var idi. Biz üç övlad, ata və anamızla birlikdə ailəcə oturmub danışarkən atam söhbət əsnasında dedi: “Mən fəxr edirəm ki, kasıbam!” Atam bu cümləni dediyi an, mənim “kasıb” anlayışım birdən dəyişdi və bu təsir indiyə qədər qalmaqdadır. Bu, atamın uşaqlıqdan dünyaya bağlı olmamağı və ona sahib olmamağın əhəmiyyətini göstərir.

Həzrət Ayətullah Xaneni inqilabın ilk illərində bir müsahibəsində vulayır ki, “Mən həyatımın xatirələrini paylaşmıram, çünki kasıb görünmək istəmirəm,” və mövzunun  üzərindən keçirlər. Əgər mümkündürsə, bu barədə bir qədər izah verə bilərsiniz?

Atam həyatının zərgər kimi göstərilməsinə heç vaxt icazə vermir. Məsələn, onun yaşayış əşyaları çox sadədir. Evindəki qaz sobası, üç gözlü masa üstü sadə bir sobadır. Mən bir neçə dəfə anamdan xahiş etdim ki, bunu dəyişdirin. Amma anam da atamla həmfikir idi və ondan heçdə geriqalmırdı. Soba hələ də masa üzərinə qoyulan o üç gözlü köhnə sobadır! Anam bizim çox xahiş və israr etməyimizə baxmayaraq, bunun mümkün olmağını söylədi.

Bir neçə il əvvələ qədər atamgilin evindəki televizor da köhnə idi. O vaxt bir cihaz alınmışdı. Təxminən 50 min tümənə (o dövrün məzənnəsi ilə təqribən 50 manata) başa gəlmişdi. Mən qərara gəldim ki, onu televizora qoşum. Həmin vaxt atam namaz qılırdı. Baxdım ki, televizor o qədər köhnədir ki, cihazın elektrik cərəyanını belə ona daxil etmək mümkün deyil! Bizim televizorumuz da köhnə idi, lakin onu elektrik cərəyanına qoşmaq üçün giriş yeri mövcud idi. Biz isə düşünməmişdik ki, cihaz o qədər köhnədir ki, onun tapılması üçün ümumiyyətlə giriş yeri yoxdur. Bundan sonra həmin televizor artıq istifadə üçün yararsız vəziyyətə düşdü və bir neçə ildən sonra indi istifadə olunan və cəmi bir neçə kanalı göstərən adi televizorlardan biri   biri atamgilin evinə gətirildi.

Başqa bir nümunə: Həzrət Ayətullah Xamenei 2001-ci ildən (1380 şəmsi) bel ağrısından dolayı həkim məsləhəti ilə stulda oturmalıdır. Hətta iki namaz arasında belə stulda oturur, demək olar ki, yerə oturmur. Anamda da bel ağrısından əziyyət çəkir. Lakin evdəki stul və masa plastikdir. Ticarət obyektlərində olduğu kimi, əlavə xərclə taxta və ya dəmir stul almır və stul olsun deyə plastik stullardan istifadə edirlər. Ona görə bir neçə plastik stul alınıb və arxa otağın bir küncündə qoyulmuşdur ki, qonaqlar üçün lazım olan zaman istifadəyə verilir.

Köhnə əşyalardan biri də atamın çarpayıdır. O, indi üzərində yatan çarpayını 1981-ci ildən yəni sui-qəsd və yaralanma zamanından istifadə edir. Artıq qırx ildir ki,  atam eyni çarpayıdan istifadə edir. Hər hansı bir şəxs qələm və kağız götürsə, bu köhnə əşyalardan 15-dən çoxunu siyahıya ala bilər. Anam da bu baxımdan çox təsirli olmuşdur. O da bütün bu illər ərzində atamla həmfikir olaraq onunla bu işlərdə birgə olmuşdur.

Zəhidlikdən başqa, Həzrət Ayətullah Seyid Əli Xameneinin ata və anasının digər hansı oxşar cəhətləri vardır?

Atam, siyasi anlayış və geniş təcrübəsinə, həmçinin detallara verdiyi diqqətə baxmayaraq, xüsusi bir səmimiyyət və təmizlik sahibidir. Bu gün inqilabdan 42 il keçib və inqilabdan əvvəl on beş ildən çox davam edən mübarizələr də iştirak edib. Nəticədə, müxtəlif təcrübə və təyinatlara malikdir. Lakin bütün bunlara baxmayaraq, xüsusi bir səmimiyyət sahibidir. Səmimiyyət deyəndə, dürüstlük nəzərdə tutulur. Bu, bəlkə də həmin iki böyük şəxsiyyətə yəni ana və atasına bənzəməkdən qaynaqlanır. Çünki onlar da eyni səmimiyyətə malik idilər.

Bu dürüstlüyün ifadələrindən biri açıq danışıq tərzidir. Mən bu açıq danışıq xüsusiyyətini nənəmdə müşahidə etmişəm. Məsələn, kimsə qeybət edirdisə, ona açıq şəkildə “qeybət etməyin ” deyirdi və ya sözü kəsirdi. Xatırlayıram ki, uşaq ikən, nənəm, mən, və başqa bir neçə nəfər Əhmədabad küçəsinin başlanğıcındakı bir əzadarlıq mərasimə gedirdik. Orada ev sahibi uşaqlarından bəziləri və ya digər qonaqlar hicabsız idilər. Nənəm həmin uşaqların hər biri ilə yumşaq bir tonla, “qızım” deyərək danışmağa başladı və məsələnin üzərinə düşdü və bir neçə müddətdən sonra onların hamısı çadırlı oldu. Halbuki mərhum nənəm  nə heç bir səlahiyyət sahibi nə də bu tip dəstəyə malik deyildi.

Başqa bir nümunə: Nənəm bir dəfə Tehrana gəlmişdi və bəzi nüfuz sahibi olan qadınlar bunu öyrəndikdə, anam vasitəsilə nənəmi qadın tədbirinə dəvət edirdilər. Həmin əhəmiyyətli şəxslərin birinin evində baş tumuş tədbirlərin birində, ev sahibləri nahar süfrəsi vermək etmək üçün bir neçə yemək hazırlamışdılar. Lakin bizim mədəniyyətimiz və xüsusilə mərhum nənəm üçün bu, çox idi. O, mərasimin sonunda, özəl şəkildə xəbərdarlıq edirdi ki, “Çox israf etmisiniz, niyə israf edirsiniz?” Nənəm əmr be-məruf və nəhiy əz-münker (yaxşılığa dəvət pislikdən çəkindirmək) mövzusunda çox açıq idi və bu açıq şəkildə danışmaq atamda da mövcud idi. Məsələn, atam İranşəhərə sürgün olunanda, bir dəfə onları ziyarət etməyə getmişdik. Mən o zamanlar üçüncü sinifdə oxuyurdum və Ramazan ayı idi hava da çox isti idi. Mən kitab oxumaq istəyirdim, amma kitabım yox idi. Atamın o zaman şəhərdə üç kitabxananın açarına sahib olduğunu gördük, birlikdə kitab seçdik. Yol üstündə, açıq şəkildə sandviç yeyən bir gəncə rast gəldik. Atam dərhal ona xəbərdarlıq etdi. Təsəvvür edin, atam həmin şəhərdə sürgündə idi, lakin yenə də nəhi əz-münkerdən geri çəkilmirdi.

Həzrət Ayətullah Seyid Əli Xameneinin kitab və mütaliəyə böyük marağı nədən qaynaqlanır? Sizcə, bu da irsi bir xüsusiyyətdirmi?

Həm atasının, həm də anasının oxumağa böyük marağı var idi. Atası ki, açıq-aydın məlumdur, anası da oxumağa həvəsli idi. Hətta mən bir gün nənəmdən mən (yəni nənəmiz) Seyid Əli Xameneidən daha çox hədis bilirəm dediyini eşitmişdim. Bəlkə də  burada məqsəd müxtəlif mövzularda bilik sahibi olmasıdır. Məsələn, mərhum babam fiqh bilir, nənəm isə hədis bilirdi. Lakin, atamın  mütaliə və kitaba olan marağının bu səviyyədə olması, onun doğuştan gələn bir xüsusiyyətindən xəbər verir.

Maraqlısı budur ki, Seyid Əli Xamenei on iki- on üç yaşlarında bəzən köhnə və istifadə olunmuş kitab dükanlarında gəzib, faydalı kitabları seçir, sonra onları cildləyib, oxumaq üçün götürürdü. Mənim indiki “Nisabus-Sibyan” adlı kitabım həmin dövrdən qalma kitabdır və atam özü onu cildləyib. “Nisabus-Ṣibyan” bəlkə də ilk təhsil kitabı hesab edilə bilər. Mən onu atamın cildlədiyi kitablar arasında saxlamışam. Bir dəfə mən bunu otağı nizamlayan bir ofis işçisinə göstərərkən, ona izah etdim ki, atam kitab almağa imkanı çatmadığından ucuz olanlar arasında faydalı kitabları seçib, özü cildləyib. Bunu eşidən ofis işçisi mənim bu sözümdən çox təsirlənmişdi.

Buna görə də mən hesab edirəm ki, atamın oxumaq vərdişi sadəcə qeyd olunanlarla məhdudlaşmır. Məsələn, yatmazdan əvvəl kitab oxumaq atam üçün tamamiylə adi bir qaydadır, əgər xüsusi, qeyri-adi bir vəziyyət baş verməsə adəti üzrə həmişə kitab mütaliə edərək yatır. Atamın oxuduğu kitabların çeşidi və mövzuları da çox geniş və maraqlıdır. Onu gənclik illərində görən kimsə bunu diqqətəlayiq hesab edərdi və bu baxış, hətta dini mövzudan kənar, məsələn, ədəbiyyat və poeziya, yaxud intellektual mövzularla maraqlanan şəxslər tərəfindən də ifadə olunmuşdur.

Sonuncu dəfə mərhum babanızı nə vaxt görmüsünüz və onun vəfatı barədə necə xəbər tutdunuz?

Mən öz ailəmizdə mərhum babamı ölümündən əvvəl sonuncu görən şəxsəm. Mərhum nənəmidə ölümdən əvvəl sonuncu görən şəxs mən olmuşam. Yəni bu hal təsadüfən baş tutub. Mərhum babam vəfatından iki həftə əvvəl, 1986-cı ilin (۱۳۶۵) iyun ayının axırlarında, cəbhədə mən qəribə bir xəstəliyə tutulmuşdum. Hər kəs mənə baxanda, üzümün çox sarı və xəstə göründüyünü görürdü və mən də onların reaksiyasından vəziyyətimin çox pis olduğunu başa düşürdüm. Mən çox tez-tez məzuniyyətə çıxan deyildim. Buna görə komandir özü dedi ki, “Sən Tehrana qayıtmalısan.” Ramazan ayı idi və mən komandirin tövsiyəsinə əsasən məzuniyyətə gəldim. Əvvəlcə Tehrana getdim, sonra bir neçə gün sonra yoldaşlarla Məşhədə getdik. Əvvəl ana nənəmin evinə, sonra isə atamın və ata anasının evinə getdim.

Mərhum nənəm və babam xəstəlik və yaşlılıq səbəbindən oruc tuta bilmirdilər. Ona görə nahar hazırlanmışdı. Mən də Məşhədə səfərdə olduğum üçün oruc tutmurdum. Nənəm mənə dedi: “Naharı bizimlə ye. Bu gün baban üçün düyü və ət hazırlamışam, sən də qal.” Mən qaldım və onlar üç nəfərlik süfrə açdılar. O gündən xatırladığım şeylərdən biri budur ki, mərhum babam mənim üçün dəfələrlə ət qoyur və deyirdi: “Ye.” Yeməkdən sonra nənəm atama  dedi ki, “Müctəbə cəbhəyə getmək istəyir.” Mərhum babamla vidalaşdıq və o, istirahət etmək üçün öz otağına getdi. Nənəm da adətən günortalar yatırdı, mən isə bir kitab götürüb oxumağa başladım və sonra istirahətdən sonra yoldaşlarla görüşmək üçün getdim.

Tehrana qayıtdıqdan sonra bir neçə gün orada qaldım və məzuniyyətim başa çatdıqdan sonra yenidən bölgəyə döndüm. Qısa müddət sonra birinci Kərbəla əməliyyatı başlandı. Əməliyyatın ikinci mərhələsindən sonra, bir gecə cəbhədən arxa mövqelərə qayıdarkən birdən-birə nənəm və babam yadıma düşdü. Bu qədər düşüncə arasında qəfil ağlıma belə bir fikir gəldi ki, əgər münafiqlər sığınacağı olmayan onların evinə hücum etsə, zərər yetirsə və ya, məsələn, onları qaçırsalar, biz nə etməliyik? Əslində, bu düşüncələr, çox ehtimal mərhum babamın vəfat etdiyi saatlarla eyni vaxta təsadüf edirdi.

Bu fikirlərlə məşğul olduğum halda yerləşdiyimiz çadırlara çatdıq və güclü yorğunluq səbəbindən heç nə edə bilməyib yatdım. Həmin bölgədə “Gavi” adlı enli və içindən az dərinlikdə su axan bir çay var idi. Səhər gedib suyun içində oturdum ki, başıma və bədənimə yapışmış palçıq təmizlənsin. Digər döyüşçülər də tədricən oyanırdı. Bəziləri mənim kimi suya girib paltarlarını təmizləyirdi, bəziləri isə səhər yeməyi hazırlamaq kimi işlərlə məşğul olurdu.

Bu zaman çadırların olduğu tərəfdən bir nəfər mənə tərəf gəlib heç bir giriş etmədən soruşdu: “Məhəmməd Cavad Hüseyni Xamenei sənin nəyindir?” Biz ümumiyyətlə babamı “Məhəmməd Cavad” adı ilə tanımırdıq lakin mənə deyən şəxs babamın adi ilə müraciət etdi. Mən həmin vaxt “Məhəmməd Cavad” adının kim olduğunu anlamağa çalışırdım və ümumiyyətlə fikrim mərhum babama yönəlmirdi. O yenidən dedi: “Ayətullah Seyid Məhəmməd Cavad Hüseyni Xamenei kimdir?” Dedim: “Babamdır.” O isə qəfil və birbaşa dedi: “Vəfat edib!”

Mən hələ də suyun içində oturmuş halda bunu eşidən kimi, sanki yerimdən sıçradım. O şəxs on yeddi yaşdan çox deyildi. Bilmirəm bunu zarafat olaraq deyirdi, yoxsa bu cür deməyin daha yaxşı olduğunu düşünürdü. Sonra isə çox hörmətlə başsağlığı verdi və digər dostlar da tədricən gəlib başsağlığı verməyə başladılar. Həmin vaxt dostlar radioyu açıb səhər xəbərlərini dinləmiş və orada ilkin xəbərlərdə prezidentin atasının vəfatı barədə məlumat verilmişdi. Həmin xəbərlərdə, deyəsən, İmam Xomeyninin (r) başsağlığı məktubu da radio vasitəsilə oxunmuşdu.

Əməliyyat artıq başa çatdığı və xüsusi bir iş qalmadığı üçün, batalyon komandirinin müavininin icazəsi ilə günortadan sonra dəstədən ayrıldım, özümü Əndimeşk bölgəsinə çatdırdım və oradan qatarla Tehrana gəldim. Mən çatanda, mərhum babamın dəfnindən bir gün keçmişdi və atam artıq Məşhəddən qayıtmışdı. Mərhum Hacı Şəmqədəri, bir neçə pasdar və dayım Ağa Mehdi Xocəstə də orada idi. Qardaşım Seyid Mustafa da atamla birlikdə Tehranda idi.

Mən Prezident Administrasiyasına daxil oldum. Atam eyvanda məni gördü və biz görüşüb qucaqlaşdıq. Atamın çox kədərli və qəmgin olması açıq şəkildə hiss olunurdu.

Bu məqamda qeyd etmək üçün uyğun olan bir xatirə də budur ki, atam həmin günlərdə mərhum babamı yuxuda görmüşdü. O, hərbi çanta ilə harasa gedirmiş. Həmin vaxt mən də cəbhədə olduğum üçün, atam belə güman etmişdi ki, bu yuxunun yozumu mənim şəhid olmağımla bağlıdır. Təsadüfən, həmin əməliyyatda və birinci mərhələdə, əməliyyatın ilk gecəsindəki qarışıqlıq səbəbindən, diviziyanın təminat bölməsi mənim və bir neçə dostumun adını itkin düşənlər siyahısına daxil etmişdi. Mərhum cənab Haşimi atama demişdi ki, “siz Müctəbanı cəbhəyə göndərmisiniz?” Atam da “bəli” deyərək cavab vermişdi. O isə cavabında: “Niyə uşağı cəbhəyə göndərmisiniz?” Atam cavab olaraq: “Məgər nə isə olub?” O da, böyük bir ehtimal olaraq atamı hər bir xəbərə hazırlamaq üçün demişdi: “Yox, amma bəzi söz-söhbətlər var.” Hətta Nazirlər Kabinetində də demişdilər ki, guya cənab Xameneinin oğlu şəhid olub. Buna görə də mənim barəmdə belə bir təsəvvür yaranmışdı.

Bu səbəbdən, mən Tehrana qayıdanda, hamı əvvəlcə mənə bir qədər fərqli baxırdı. Atam həmin yuxunu o vaxtlar mənə danışdı və mən belə düşündüm ki, həmin yuxu əslində mərhum babamı əks etdirirmiş. Yəni, gedən elə onun özü imiş.

Xülasə, həmin günün axşamı Məşhədə yola düşdüm. Ana tərəfdən nənəm hava limanına gəlmişdi və məni birbaşa oradan özləri ilə mərasimə apardılar. Mərasimdən sonra mərhum babamın evinə getdik. Orada cənab Daneşmənd, cənab Ləvai və digər şəxslər iştirak edirdi. Daha sonra müxtəlif yas mərasimlərində, o cümlədən mərhum babamın öz məscidləri sayılan Türklər və İmam Həsən məscidində iştirak etdik.

Mərhum babamın dəfn olunduğu yer həzrət İmam Rzanın (ə) hərəminin arxa hissəsində yerləşir. O dövrdə orada yalnız məhdud sayda boş yerlər var idi və onlar bəzi alimlər üçün nəzərdə tutulmuşdu. Nəzərə alsaq ki, mərhum babam heç vaxt öz dəfn yeri ilə bağlı düşüncə, plan və ya təklif irəli sürməmişdi, lakin bu, ilahi bir inayət olmuşdur ki, həmin yer ona nəsib olmuşdur. Bu yer hərəmin qadınlar olan  hissəsində yerləşdiyi üçün, atam yalnız hərəmin tozunun təmizlənməsi günlərində ora daxil olaraq fatihə oxuya bilir. Mərhum nənəm vəfat etdikdə isə o da eyni qadınlar hissəsində, bir qədər aralıda, Darül-Ziyafədə dəfn edilmişdir.

Mən mərhum babamı yuxuda tez-tez və xoş şəkildə görürdüm. Bir gecə yuxuda gördüm ki, o, camaat namazı üçün gəlmiş və camaat imamı olmağa hazırlaşaraq azan oxudu, lakin iqamə deməzdən əvvəl bir miqdar xurma olan qabdan bir-iki ədəd xurma götürüb yedi. Bu yuxunu atama danışdıqda, o “Əlhəmdülillah, deməli, babanın namazları qəbul olunub” dedi.

Sonuncu sual olaraq: Mərhum Seyid Cavad Xameneinin vəfatından sonra Ali Məqamlı Rəhbər Seyid Əli Xamenei onun üçün xüsusi bir əməl yerinə yetirirdimi?

Bəli, həm sağlığında, həm də vəfatından sonra mütəmadiolaraqbu işlə məşğul olmuşdur. Məsələn, onun üçün namaz qılır. Biz yeniyetmə olanda, ilin isti fəsillərində sübh azanı daha tez olduğu üçün və atam gecə nafilələrinə riayət etdiyi üçün, çox vaxt onun sübh namazını görmürdük. Lakin soyuq fəsillərdə, Tehranda sübh azanı təxminən saat altıya yaxın olduğu zaman, onun namazını müşahidə edirdik. O, təxminən həmin saatda bizi oyadırdı, əvvəl namaz qılırdıq, sonra səhər yeməyi yeyib məktəbə gedirdik. O vaxt görürdüm ki, atam sübh namazından sonra iki rükət namaz qılırdı. Bir dəfə soruşdum ki, bu namaz nə üçündür, o cavab verdi: “Bu, mənim hər gün ata və anam üçün etdiyim hədiyyəmdir.” Bu namazı o ata anasının sağ olduğu zaman qılırdı. Hszırda da mən belə güman edirəm ki, indi də bunu qılır, sadəcə vaxtını dəyişərək, yəni azandan əvvəl yerinə yetirir. Bu günlərdə sübh namazından sonra onun yanında olmaq fürsətim oldu, lakin həmin namazı qaldığını görmədim. Düşünürəm həmin namazı gecə  vaxtına keçirib.

Mənim qənaətimə görə, bu böyük şəxslərin vəfatından sonra atam bundan da artıq əməllər etmişdir. Çünki o, hətta qohumluq baxımdan daha uzaq olan şəxslər üçün də müəyyən əməlləri yerinə yetirməyə riayət edir. Bu əməlləri o, həm dünyasını dəyişən, həm də həyatda olanlar üçün yerinə yetirir. Atam ona xüsüsi yaxınlığı  olmayan şəxslər üçün belə bağışlanma diləyir.


 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha